“Mina xəritələrinin verilməsi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir”- Tahir Mirkişili

828

Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Ermənistana təhvil verilib.

Millət vəkili Tahir Mirkişili bildirib ki, əminliklə demək lazımdır ki, mina xəritələrinin verilməsi Prezident İlham Əliyevin qətiyyətli iradəsinin nəticəsi və daha bir parlaq diplomatik qələbəsidir. Biz hələ bu cür qələbələri çox yaşayacağıq.

Tahir Mirkişili qeyd edib ki, düşmən demək olar ki, Ağdamın hər bir sakininə bir mina basdırıb: “Ermənistan Ağdamın 850 milyon m2 (850 km2)  ərazisini işğal etmişdi. Bu ərazidə təxminən 100 minə yaxın mina basdırıblar. Bu təxminən hər 8500m2 -a bir mina basdırmaq deməkdir. Yəni, hər 0.8 hektar əraziyə 1 mina…Dəhşətdir sadəcə. Təsəvvür edin, hansı güc onları bu rayonu sakitcə tərk etməyə məcbur edib… “Dəmir yumruq” və ordumuz!”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər