Mir Şahinin “Dəmir Yumruq” sənədli filmi nümayiş ediləcək

1022

4 Aprel saat 19:00, 2021-ci il tarixdə Real televiziyasının efirində “Dəmir Yumruq” adlı sənədli film nümayiş olunacaqdır.
Film İkinci Qarabağ müharibəsində qazanılan Qələbədən bəhs edərək, Vətən müharibəsində Azərbaycanda yaşayan milli azlıqların iştirakına həsr olunur.
Bu film Vətən müharibəsi dövründə bütöv bir xalqın yumruq tək birləşməsi simvolu kimi dəyərləndirildi. Çoxmillətli Azərbaycan xalqının qələbəsini təmin edən fakt kimi göstərildi. Bu filmi izləyəcək hər kəs ölkəmizin cənubunda, şimalında, şərqində və qərbində yaşayan azsaylı xalqlarımızın gənclərinin, torpaqlarımız uğrunda Vətənin çağırışına necə sevgi ilə cavab verdiklərinin şahidi olacaq.
Dəmir yumruğu təmin edən xalqın sayca az, amma Vətənə məhəbbəti sonsuz olan bu igidləri ilə tamaşaçı bir daha fəxr edəcək.
Filmdə belə bir həqiqət ifadə olunur ki, Ermənistanı təkmillətliliyi məğlub edir, Azərbaycana onun çoxmillətliliyi qələbə qazandırır. “Azsaylı, amma çox qüvvətli” bu gənclərin Vətənə sədaqət prinsipləri hər kəsə bir nümunədir. Azərbaycan Prezidentinin elə bu filmdə də təqdim olunan çıxışları – ölkəmizdə dini tolerantlıq, müsəlman-xristian birliyi “Dəmir yumruğun” təminatçısı oldu.
Hər kəsi Zəfər ruhlu sənədli filmi izləməyə dəvət edirik.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər