Respublikanın ali təhsil müəssisələrində gələcək kimyaçı-mütəxəssislərin yüksək səviy-yədə hazırlığına, neft-kimya sənayesinə perspektivli gənc mütəxəssislərin cəlb edilməsinə xüsusi diqqət yetirən «Azərikimya» İstehsalat Birliyinin konfrans zalında M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Sumqayıtın kimya müəssisələrində növbəti istehsalat təcrübəsi keçən tələbələri ilə Birlik rəhbərliyinin görüşü olmuşdur.
Görüş zamanı «Azərikimya» müəssisələrinin istehsalat fəaliyyəti, son iki ildə aparılan yeniləşmə və modernləşdirmə tədbirləri, müasir avadanlıqların və yeni texnologiyaların tətbiqi və neft-kimya sənayesinin perspektivləri, o cümlədən yeni yaradılmaqda olan Sumqayıt Kimya Sənaye Parkı, regionda ilk azot gübrəsi – Karbamid zavodu, bütünlüklə yerli xammal əsasında fəaliyyət göstərəcək polipropilen zavodu haqqında geniş məlumat verilmişdir.
Dialoq şəklində keçən görüş zamanı bugünün və sabahın kimya sənayesi üçün prioritet xarakter daşıyan daha bir məsələ – yeniləşməkdə, müasir tələblərə uyğun şəkildə yaradılmaqda olan yeni istehsalat sahələrini bacarıqla idarə edə biləcək kadrların hazırlanması ilə bağlı Birliyin kadr siyasəti barədə də söhbət aparılmışdır.
Birliyin rəhbərliyi kimya istehsalatı, ekologiyanın qorunması və perspektiv planlarla bağlı tələbələri maraqlandıran çoxsaylı suallara cavab vermişdir.
Gələcək kimyaçılar və onların kurs rəhbəri istehsalat təcrübəsinin səmərəli təşkilinə, göstərilən diqqət və qayğıya görə Birlik rəhbərliyinə təşəkkürlərini bildirmişlər.
Moskva Dövlət Universitetinin tələbələri «Azərikimya»da oldu
•
723