Müasir və çiçəklənən Sumqayıtın MEMARI...

1366

Şəhərdə təsadüfən bir tanışımla rastlaşdım. Hal-əhval tutduq, xeyli söhbət etdik. Əslən Sumqayıtdan olan, təhsil sahəsində çalışan tanışım söhbəti jurnalistika istiqamətinə yönəltdi, ünvanımıza xoş sözlər söyləməklə bərabər bəzi media işçilərinin bəxah əməlləri barədə acı təəssuf hissi ilə danışdı və əlindəki qəzeti mənə uzadaraq orada dərc edilmiş bir yazını oxumağı təkidlə xahiş etdi. Oxudum. Anonim xarakterli bu yazi respublikada yaxşı tanınan bir şəxs haqqında idi. Altında imza qoyulmayan yazıda sadalananların son dərəcə qərəzli bir munasibətin nəticəsi olduğu dərhal açıq-aydın gorünürdu. Heç bir konkret faktın yer almadığı və şəxsiyyətin təhqir olunmasına xidmət edən yazını ümumi müzakirəyə çıxarmaqla iyrənc bir oyunun iştirakçısına çevrilənlər barədə nə fikirləşdiyimi isə deməyə ehtiyac duymadım.

Tanışım yazıda adı hallanan şəxsin keçdiyi həyat yolu, əmək fəaliyyəti, onun şəxsi keyfiyyətlərindən o qədər xoş sözlər danışdı ki, bu adamla əlaqədar araşdırma aparmaq, onu geniş oxucu kutləsinə tanıtdırmaq istədim. Çunki ortaya belə bir sual çıxırdı: Doğrudanmı ömrünü xalqa və dövlətə xidmət etməyə həsr edən, cəmiyyətdə dərin hörmətə malik olan bir insan haqqında əsassız şayələr yaymağa çalışırlar?
Əvvəlcə bu sahədə tanıdığım bir neçə nəfərlə göruşub onun barəsində soruşdum və internet vasitəsilə ətraflı məlumat topladım. Aydın oldu ki, hər şeyi olduğu kimi cəmiyyətə təqdim etməyə dəyər.


Yazının başlanğıcında qeyd etdiyim kimi bu yazının əsas mövzusu Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Sumqayıtda gördüyü məqsədyönlü fəaliyyəti ilə baglıdır. Son vaxtlar Zakir Fərəcovun haqqında KİV-də yer alan yazılar dogrudan da çox düşündürürcüdür. Bəri başdan deyim ki, mən eşitdiklərimə deyil, gördüklərimə inananam. Bu düşüncələrlə jurnalist təcrübəmdən istifadə edərək araşdırmalara başladım. Əvvəlcə internetdə haqqında son illərdə yazılmış yazıları bir yerə yığdım və o yazıların hardan, hansı saytlarda və kimlər tərəfindən yazıldığını yoxladım. Bu yazıları dəqiq təhlil etdikdə məlum oldu ki, yazılar bir əldən çıxır və yayılır. Yazıların tam məqsədi məlum olmasa da, bir məna var – kimlərsə Sumqayıtın inkişafını istəmir, kimlərsə yuxarı dairələrdə Zakir Fərəcovun haqqında mənfi rəy formalaşdırmağa çalışır. Ən acınacaqlısı isə odur ki, bütün bu pis oyunlarda jurnalistlər alət edilir.

Bəli, şantaj yazmaqla bəslənən bəzi üzdəniraq “yazar”lar öz bədnam əməllərini həyata keçirə bilmək üçün xalqı çaşdırmaq, Sumqayıt şəhər İcra Hakimiyyəti rəhbərliyini rayon sakinləri, ictimaiyyət və ölkə rəhbərliyinin gözündən salmaq məqsədi ilə şər-böhtan xarakterli yazılardan istifadə edirlər. Buna misal kimi Zakir Fərəcovun Sumqayıt kimi böyük bir şəhərə İH başçısı təyin olunduğu gündən qeyd olunan məzmunlu yazıların, tənqidlərin başladığını göstərmək olar. Lakin ölkə rəhbərliyinin xeyir-duası ilə başlanan uğurlu, bölgə sakinləri üçün lazımlı fəaliyyətin davamına mane ola bilmədilər. Bu gün Sumqayıt, qeyd etdiyimiz kimi, respublikanın hər sahədə inkişaf edən bir nümunəvi şəhərinə çevrilmişdir.

Bilirsiniz, hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, ömrünün unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür. Belə insanların ömrü çətin, mənalı və şərəfli, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək, səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, təcrübəli rəhbər olan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov cənabıdır. Zakir müəllimin Sumqayıtın inkişafına, çiçəklənməsinə verdiyi töhfələr respublika ictimaiyyətinə yaxşı bəllidir. Xoşbəxt o kəsdir ki, onu geniş ictimaiyyət qarşısında daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər. Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi nədənsə onun uğurunu görmək istəmir, öz xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışır, onu cəmiyyətdə gözdən salmaq üçün şər və böhtan dolu yazılar belə yazmaqdan cəkinmirlər. Amma… Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı olaraq görməyə istək olsun. Daha fərqində deyillər ki, əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.

Bu gün Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır. Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, bir qrup KİV mənsubları düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, oxşar nöqsanlar axtarmağa başlayırlar. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirib” az qala ağır cinayət kimi təqdim edirlər.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem jurnalisti kimi həmişə məni düşündürüb. Buna görə də, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün… “– deyir prezident İlham Əliyev.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də, bu, Zakir müəllimin fəaliyyətinin müəyyən özəllikləri, müəyyən məqamlarda məxfiliyin gözlənilməsinin vacibliyi ilə əlaqədardır. Lakin onu yaxından tanıyan bir çox insanlar bu məqamı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

Sonda isə reallığı görməyən, yaxud görmək istəməyən şəxslərin diqqətinə çatdırmaq istəyirəm ki, bu gün Sumqayıt şəhəri sözün həqiqi mənasında etibarlı əllərdədir. Rəhbərlik ilə şəhər sakinləri arasında dərin inam, etibar var. Sizlər bu inamı qıra bilməzsiniz. Elin gözü tərəzidir. Yaxşı olar ki, öz əməllərinizi, kimlərinsə çirkin maraqlarına xidmət etmək kimi istəklərinizi həyata keçirmək üçün başqa ünvan secəsiniz. Unutmayın, O, sabaha yeni-yeni ugurlu addımlarını atan Sumqayıtın MEMARIdır!..
Müasir və çiçəklənən Sumqayıtın MEMARI…

Azerinform.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər