MÜSAVAT PARTİYASININ SUMQAYIT TƏŞKİLATININ QƏRARGAHI BOŞALDILDI

618

Müsavatın Sumqayıt təşkilatının qərərgahı boşaldılıb. Bu barədə xəbəri təşkilatın sədri Fəxrəddin Abbas özünün facebook səhifəsində yayıb. O, yazıb ki, təşkilata məxsus avadanlıqların və sənədlərin taleyindən də xəbər yoxdur:

 “Məlumat üçün bildirirəm ki, hələ 06.02.2013-cü il tarixdə səhər tezdən İH-nin ictimai-siyasi təşkilatlar və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seyfəddin Rəhimov mənə zəng edərək Əmlak Məsələləri Dövlət Komitəsinin Müsavat Partiyasının Sumqayıt qərargahını başqa bir şəxsə icarəyə verdiyini və bununla əlaqəqar qərargahın boşaldılmalı olduğunu bildirmişdi. 2000-ci ildən icarəmizdə olan qərargahımız ötən il may ayının 15-də İctamai Palatanın Sumqayıt regional təşkilkatının təsis konfransının qarşısının alınması üçün icra və polisin müdaxiləsi ilə zorən, qanunsuz olaraq qapadılmış, möhürlənmiş və seyf qapının açarı dəyişdirilərək təşkilata məxsus olan əmlak və sənədlər girov saxlanılmışdı. Bununla əlaqədar Partiyanın Komitəyə qarşı qaldırdığı iddia 2 saylı Bakı İqtisadi İnzibati məhkəməsi tərəfindən təmin edilmədiyindən məhkəmənin ədalətsiz qərarından apelyasiya şikayəti verilmişdi.

Komitə növbəti dəfə qanunlara sayğısızlıq göstərərək apellyasiya məhkəməsinin qərarını gözləmədən qərargahı İcra hakimiyyətinin yeni yaradılmış İnzibati ərazi dairəsinə icarəyə vermişdir. Yeni yaradılmış qurumun rəisi Araz Fərhadov qərarı və yaxud müqaviləni mənə göstərməkdən imtina etdi. Bu və digər qanunsuzluqları S.Rəhimovun diqqətinə çatdırdım və belə məsələlərin zənglə yox, rəsmi qaydada həll olunmalı olduğunu söylədim. Bildirdim ki, belə halda məhkəmə qərarlarının icrası ilə məşğul olan qurumlar və yaxud Komitənin özü Müsavat Partiyasına rəsmi xəbərdarlıq məktubu göndərməklə müəyyən vaxt müəyyənləşdirməli idi. Amma istənilən halda belə xəbərdarlıq ən azı Apellyasiya məhkəməsinin qərarından sonra edilə bilərdi.
İcra Hakimiyyətinin göstərişi ilə baş verən bu özbaşınalıq və qanunsuzluqlar Konstitusiya ilə dövlətin siyasi təşkilatların sərbəst fəaliyyətinə şərait yaradılacağına dair götürdüyü öhdəliklərə və ölkə başçısının son müşavirədə söylədiklərinin səmimiliyinə kölgə salır, siyasi fəaliyyətin məhdudlaşdırılması cəhdi, xüsusilə də seçki ilində hakimiyyətin heç bir islahata getmək əzmində olmamasının göstəricisi kimi qiymətləndirilməlidir”.

musavat.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər