Müşfiq Məmmədli Milli Məclisdə 21 il ərzində görülən işlərdən danışdı – VİDEO

684

31 oktyabr 2024 cü ildə isə cənab İlham Əliyevin Prezident kimi ilk dəfə dövlətə və xalqa sədaqət andı içməsindən 21 il ötdü. Prezident İlham Əliyevin 2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimindəki çıxışı, əslində, Azərbaycanın gələcək yüksəliş yolunun manifesti idi. Andiçmə mərasimindəki nitqində cənab İlham Əliyev respublikamızın əsas milli hədəflərini, prioritet məqsədlərini bəyan etdi. Dövlət başçısı eyni zamanda bu hədəflərə doğru gedəcəyimiz yolların aydın və dəqiq konturlarını cızdı, bununla bağlı qarşımızda dayanan vəzifələri müəyyənləşdirdi.

Ötən 21 ilin reallıqları göstərir ki, Prezident İlham Əliyevin ilk dəfə andiçmə mərasimində qeyd etdiyi bütün məsələlər həyata vəsiqə alıb, dövlətimiz öz hədəflərinə layiqincə çatıb. Məsələn, Azərbaycanın inkişafı ilə bağlı Prezident İlham Əliyev andiçmə mərasimində demişdi: “ Azərbaycanda iqtisadi inkişaf proqramı hazırlanır. Bu çoxşaxəli inkişaf proqramı Azərbaycanı qısa müddət ərzində zəngin dövlətə çevirməyə imkan verəcəkdir. Bizdə bütün imkanlar – təbii sərvətlər, insan potensialı və ən önəmlisi, xalqın iradəsi vardır. Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik”.                                                        

Bu illər ərzində Azərbaycanda vətəndaşların sosial rifahının yüksəlməsi, maaş və pensiyaların dəfələrlə artması, 3600-dən sox məktəb binasının, 750-dən artıq tibb müəssisəsinin tikilməsi və ya əsaslı şəkildə təmir edilməsi, 40-dan çox olimpiya mərkəzinin və yüzlərlə müxtəlif idman qurğularının inşası, orbitə 3 peykin çıxarılması, 3 min meqavatdan artıq yeni generasiya gücünün yaradılması, ölkə üzrə qazlaşdırmanın səviyyəsinin 51 faizdən 98 faizə yaxınlaşdırılması, 21 min kilometrə yaxın avtomobil yolu tikilib və ya yenidən qurulması Azərbaycanın yüksəlişinin mükəmməl nümunələridir.

21 il əvvəl andiçmə mərasimində  Prezident İlham Əliyev bəyan etmişdi ki: ” Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.

Bu illər ərzində Prezident İlham Əliyev Azərbaycanı inkişaf etdirməklə, həm də torpaqlarımızın işğaldan azad edilməsi üçün əlverişli tarixi zəmin formalaşdırdı.Beləliklə, 2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi isə möhtərəm Prezident İlham Əliyevin “Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir” fikirləri qələbə təntənəsinə çevrildi.

Ötən 21 ildə Azərbaycanda baş verən bütün pozitiv dəyişikliklər Prezident İlham Əliyevin 2003-cü il oktyabrın 31-də andiçmə mərasimində söylədiyi fikirləri təcəssüm etdirir. Bu illər ərzində Azərbaycanın keçdiyi dinamik inkişaf yolu təsdiq edir ki, Heydər Əliyev siyasi kursunun, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının alternativi yoxdur.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər