Müşfiq Məmmədli: “Türkiyənin acısını dərindən hiss edirik”

314

Millət Vəkili Müşfiq Məmmədli Türkiyədə baş verən zəlzələ ilə bağlı paylaşım edib.

sumqayitxeber.com millət vəkilinin paylaşımını təqdim edir:

“Ötən gün qardaş Türkiyə Cümhuriyyətinin 10 bölgəsində baş verən zəlzələ bizi dərindən sarsıtdı. Son məlumata görə təbii fəlakət nəticəsində 3419 nəfər həlak olub, iyirmi mindən artıq yaralımız vardır. Və bu rəqəm getdikcə artmaqdadır. Zəlzələnin ardından Türkiyə 4-cü səviyyə həyəcan vəziyyəti elan etdi. Bu həyəcan siqnalı beynəlxalq yardım istəyi bildirir. Azərbaycan dövləti bu istəyə cavab verən ilk dövlət oldu. Cənab prezident İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 420 xilasedicisi, 20 hərbi həkim zəlzələdən zərər çəkmiş bölgələrə göndərilmişdir. Artıq Bakıda, Azərbaycanın digər bölgələrində qan qardaşlarımıza yardım mərkəzləri yaradılmışdır. Türkiyənin acısını dərindən hiss edir, vəfat edənlərə Allahdan rəhmət, yaralı insanlarımıza şəfa diləyirik. Hər zaman olduğu kimi Türkiyəmizin yanındayıq! Yaralarımızı birlikdə saracayıq!”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər