Müşfiq Məmmədli: Zəngəzur dəhlizi bölgədə beynəlxalq yükdaşımalarda mühüm həlqəyə çevriləcək

837

“44 günlük Vətən müharibəsindəki qələbəmiz bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, iqtisadi inkişaf üçün də əsaslı zəminlər yaradıb. Cənubi Qafqaz regionu bu gün Avropa və Asiya, Şimal və Cənub üçün ən səmərəli iqtisadi inteqrasiya plaftformasına çevrilib. Bu isə özlüyündə iqtisadi layihələrin təşəbbüsü və reallaşması ilə yanaşı, həm də onun təhlükəsizliyinin və rentabelliyinin təmini istiqamətində Azərbaycanın gücündən müsbət mənada istifadə edilməsini aktullaşdırır. İstər 10 noyabr üçtərəfli Bəyanatının, istərsə də 11 yanvar üçtərəfli Bəyanatının ən mühüm komponentlərindən olan kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin bərpa edilməsi, demək olar ki, bütün dünyanın diqqət mərkəzindədir. “CNN Türk” televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev bildirdi ki, yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Hesab edirəm ki, Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İran, həm də Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq”.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Millət vəkilinin fikrincə, Zəngəzur dəhlizi bölgədə beynəlxalq yükdaşımalarda mühüm həlqəyə çevriləcəkdır. Ölkəmiz hər zaman regionda yeni əməkdaşlıq platformalarının yaranmasını zəruri hesab edir və belə əməkdaşlıqda maraqlı və hazır olduğunu bəyan edir: “Prezident İlham Əliyev qeyd edib ki, bu dəhlizin açılması bir çox məqsədlərə, hədəflərə xidmət göstərir. Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Vurğulayım ki, bu, eyni zamanda, bölgə ölkələri üçün də yeni fürsət olacaq. Ermənistan bir dövlət kimi var olmaq istəyirsə, Azərbaycanın regionda yaratdığı bu yeni iqtisadi reallıqlara qoşulmalıdır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər