Bu gün Sumqayıt şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş məhəllə və mikrarayonlar arasında kross yarışının təntənəli açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində şəhərin ayrı-ayrı məhəllə və mikrarayonlarında 300-dən çox yeniyetmə və gənc iştirak etmişdir. Yarışın sonunda I-X yerləri tutmuş idmançılara şəhər Gənclər və İdman Baş İdarəsinin Fəxri Fərman və hədiyyələri təqdim olunmuşdur.