Müxtar Babayev: ” Dəmir yolu ilə 6 mln. ton yük daşınacaq”

716

Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin həyata keçirilməsi Azərbaycandan kimya məhsullarının ixracı prosesinin genişləndirilməsi istiqamətində mühüm rol oynayacaq. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin «Azərikimya» İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə bu dəmir yolu ilə 6 mln. ton yük daşınacaq, sonra isə bu rəqəm 15 mln-a çatdırılacaq. Bu layihə Azərbaycanın tranzit potensialını da artıracaq və ölkənin xaricə inteqrasiyasını sürətləndirəcək.
M.Babayev həmçinin bildirib ki, Sumqayıt Sənaye Parkında işləyəcək şirkətlər üçün güzəştlər nəzərdə tutulacaq: «Məqsəd bu sahəyə investisiyaları cəlb etmək, müasir tələblərə cavab verən məhsulların istehsalını təşkil etməkdir». (APA)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər