Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev idarə rəisini işdən çıxarıb.
Muxtar Babayev nazirliyin strukturuna daxil olan Dövlət Ekspertiza idarəsinin rəisi Azər Aslanovu tutduğu vəzifədən azad edib. Sözügedən vəzifənin icrası müvəqqəti olaraq onun müavini Mübariz Əliyevə tapşırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xəbəri Unikal.org-a təsdiqləyiblər.