Müzəffər Gülümov dünyasını dəyişib

1426

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Müzəffər Qəzənfər oğlu Gülümov dünyasını dəyişib.

sumqayitxeber.com xəbər verir ki, Müzəffər Gülümov 1934-cü ildə anadan olub. 1960-cı ildən taleyini Sumqayıt şəhəri ilə bağlayıb. Sumqayıtda tikintinin geniş vüsət aldığı illərdə « Ümumittifaq zərbəçi» komsomol tikintisi olan Sumqayıt Neft Kimya kombinatı (indiki Üzvi-Sintez zavodu) qərargahının rəisi  olub.

Komsomol, partiya, Sovet təşkilatlarında  rəhbər vəzifələrdə  işləyib. 1 və  2 saylı tikinti  trestləri, Üzvü-Sintez  zavodu,  şəhər  daxili  işlər  idarə  partiya  komitələrinin katibi, şəhər icraiyyə  komitəsi  sədrinin  müavini,  şəhər  icra  hakimiyyəti ərazi  hakimiyyət və idarəetmə orqanları  ilə iş üzrə şöbəsinin müdiri  olub.

On çağırış şəhər Sovetinin deputatı, uzun illər şəhər partiya komitəsinin  və bürosunun üzvü seçilib.

2004-cü  il  dekabrın  23-də  «Şöhrət» ordeni ( № 000283 ), İki dəfə Azərbaycan SSR  Ali  Soveti  Rəyasət Heyətinin  Fəxri  fərmanı ilə (1964-cü  il 29  iyun və 1967-ci  il 25  noyabr  tarixli  qərarlar) təltif olunub.

Çoxlu sayda medal  və  tərifnamələrlə mükafatlandırılıb.

2016-cı  ildə Prezident təqaüdünə, 2019-cu ildə isə Sumqayıtın fəxri vətəndaşı adına layiq görülüb.

2001-ci  ildən   etibarən  Sumqayıt  şəhər  Ağsaqqallar  Şurasının  sədri kimi şəhərin ictimai-siyasi həyatında fəal iştirak edib, çoxşaxəli ideoloji iş aparıb, gənc nəslin vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında yaxından iştirak edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər