Nazilrik ilin ən yaxşılarını açıqladı: Sumqayıt Olimpiya İdman Kompleksi…

665

Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı dekabrın 26-da qala mərasimi təşkil edib.

Trend xəbər verir ki, tədbirə dövlət və hökumət rəsmiləri, federasiyaların rəhbərləri, titullu idmançılar və media nümayəndələri qatılıblar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da mərasimdə iştirak ediblər.

Qala mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2023-cü ilin Azərbaycan üçün bir sıra vacib hadisələrlə yadda qaldığını bildirib. Bu il ölkəmizin suverenliyinin tam təmin olunduğunu vurğulayan nazir Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndidə “Qarabağ” və MOİK komandaları arasında keçirilmiş oyunu ən uğurlu idman tədbiri adlandırıb. Azərbaycanın bu il də nüfuzlu yarışlara ev sahibliyi etdiyini söyləyən Fərid Qayıbov idmançıların beynəlxalq turnirlərdən çoxlu medallarla qayıtdıqlarını və doqquz Olimpiya lisenziyası qazanıldığını diqqətə çatdırıb. Bu münasibətlə idman ictimaiyyətini təbrik edən nazir qarşıdakı Olimpiya ilində bütün idmançılara uğurlar arzulayıb.

Ümummilli Lider Heydər Əliyevlə bağlı videoçarxın nümayiş olunmasından sonra 19 nominasiya üzrə qaliblərin adları açıqlanıb.

İlin ən yaxşı Olimpiya İdman Kompleksi nominasiya üzrə  Sumqayıt Olimpiya İdman Kompleksi qalib olub.

Mükafat Sumqayıt Olimpiya İdman Kompleksininin direktoru,  beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarovaya təqdim olunub

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər