Sentyabrın 15-də Sumqayıtın İnşaatçılar qəsəbəsində yerləşən 9 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.
sumqayitxeber.com xəbər verir ki, açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Sumqayıt Şəhər İcra Hakimiyyətinin birinci müavini Teymur Səmədov, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə və məktəb direktoru iştirak ediblər.
Açılışda məlumat verilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə məktəbin binası tam sökülərək yerində müasir tələblərə cavab verən 1176 şagird yerlik yeni bina inşa edilib. 4 korpusdan ibarət olan məktəb binasında 69 sinif otağı, müasir istilik sistemi ilə təchiz olunmuş fənn kabinetləri, laboratoriyalar, yeməkxana, qapalı idman və akt zalı, kompüter otaqları fəaliyyət göstərəcək. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.