Nazirliyin əməkdaşı rəisin otağında özünü bıçaqladı – Yenilənib

1575

Vergilər Nazirliyinin əməkdaşı Ramiz Babayev iş yerində özünü bıçaqlayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə R.Babayevin şöbə rəisi ilə mübahisəsindən sonra baş verib. O, idarə rəisinin otağına gələrək şöbə müdiri tərəfindən incidildiyini və məsələ ilə bağlı ölçü götürülməsini xahiş edib. İdarə rəisi ilə də aralarında yaranan mübahisədən sonra Babayev özünə iki bıçaq zərbəsi ilə xəsarət yetirib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır və bir neçə şəxsin izahatı alınıb.

 O, dərhal 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, R.Babayevin vəziyyəti kafidir.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov deyib ki, bu barədə rəsmi açıqlama veriləcək.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, insident Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin istehsalat idarəsinin rəis müavini, bu vəzifəyə yeni təyin olunan Elçin Yusifovun qəbul otağında baş verib. Yaralı isə əməliyyata alınıb, öd kisəsi çıxarılıb.

Hadisədən dərhal sonra  Baş Prokurorluğun əməkdaşları nazirliyə gediblər, Vergilər Nazirliyində isə faktla bağlı araşdırma başlayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər