Nəbiyevə 3 müavin gəldi, bəs, azad edilən kimdir?

4682

Ötən gün Prezident İlham Əliyevin fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində struktur dəyişikliyi edilib.

Axar.az xəbər verir ki, fərmana əsasən, nazirin “birinci müavini” vəzifəsi ləğv edilib, nazir müavinlərinin sayı isə 2-dən 5-ə qaldırılıb.

Bundan öncə nazir Rəşad Nəbiyevin müavinləri bunlar idi – Əli Abdullayev (birinci müavin), Rəhman Hümmətov, Rövşən Rüstəmov.

Prezidentin ötən gün verdiyi sərəncamla Samir Qaçay oğlu Məmmədov və Fərid Turab oğlu Əhmədov da rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri təyin olunublar, eyni zamanda, Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov da vəzifəsindən azad edilərək, R.Nəbiyevə müavin gətirilib.

Başqa sözlə, R.Nəbiyevin əvvəl 3 müavini var idi, ötən gün də 3 müavin əlavə olundu. Beləliklə hazırda 6 müavini yaranır ki, bu da ötən gün fərmanla yaradılan 5 müavin vəzifəsindən çoxdur.

Belə çıxır ki, hansısa müavin vəzifəsindən azad olunub.

Fərmanın məntiqinə görə, Əli İzzət oğlu Abdullayev – nazirin birinci müavini vəzifəsini itirmiş sayılır. Çünki birinci müavin vəzifəsi ləğv edilib.

Bununla bağlı saytımızın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən konkret cavab verə bilməyəcəklərini qeyd ediblər. Nazirlikdən bildirilib ki, hazırda dəqiqləşmələr aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər