“Neftçi” və “Sumqayıt” komandaları arasında Azərbaycan Premyer Liqasının XIX tur oyununun başlama saatı dəyişdirilib.
“Report”un PFL-in saytına istinadən məlumatına görə, buna turun “Qəbələ” – “Zirə” matçının əlverişsiz hava şəraitinə görə dayandırılması səbəb olub.
Turun son matçı saat 18:15-də deyil, 18:45-də start götürəcək.
Qeyd edək ki, Qəbələdəki görüş 65-ci dəqiqədə dayandırılıb.