“Neftçi”nin qəza nəticəsində ölən əməkdaşlarının arasında “168 saat” qəzetinin keçmiş baş redaktoru da var

853

avtoqezaBakının “Neftçi” futbol klubunda bədbəxt hadisə üz verib. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XX turu çərçivəsində Yevlaxda “Karvan”la oyundan qayıdan komandanın əməkdaşları qəzaya uğrayıblar.

Belə kı, “Neftçi” klubunun 4 üzvünün əyləşdiyi avtomobil Bakı-Şamaxı yolunda qəzaya düşüb. Nəticədə iki nəfər dünyasını dəyişib, digər iki nəfər isə ağır yaralanıb. Vəfat edənlər və yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıblar.

Məlumata görə, həyatını itirən işçilərdən biri “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində çalışırmış. Digər vəfat etmiş şəxs isə klubun mühasibi olub. Yaralıların sürücü və operator olduğu deyilir.

Dünən gecə “Neftçi” futbol klubunun Şamaxıda avtomobil qəzasına əməkdaşlarının adları açıqlanıb. Apasport.az saytının xəbərinə görə, həlak olanlardan biri həmkarımız, İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində çalışan Alim Malikoğlu (Məmmədov), digəri Kadrlar şöbəsinin əməkdaşı Vahid Həmidovdur.

Xatırladaq ki, Alim Məmmədov “168 saat” qəzetinin baş redaktoru olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər