Nəvələrinin toyunda koronavirusa yoluxan ər-arvad eyni gündə öldü – FOTO

1019

Bakıda ər-arvad eyni gündə koronavirusdan vəfat edib.

Ölkə.az-ın modern.az-a istinadən məlumatına görə, paytaxt sakinləri 1937-ci il təvəllüdlü Qulu Quliyev və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Səriyyə Quliyeva bu yaxınlarda nəvələrinin toy mərasimində COVID-19-a yoluxublar.

Onların vəziyyəti pisləşdiyindən təcili olaraq Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdiriliblər. Bir müddət müalicə alsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.

Q.Quliyev və S. Quliyeva eyni gündə – avqustun 14-də xəstəxanada vəfat ediblər.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər