Oktyabrın 31-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Səməd Seyidov ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı, hakim Xristian-Demokratlar və Xristian-Sosialistlər İttifaqı fraksiyasının Şərq Tərəfdaşlığı üzrə məruzəçisi Nikolas Löbel ilə görüşdü.
Qonağı mehribanlıqla salamlayan Səməd Seyidov ölkəmizdə Almaniya ilə əlaqələrə önəm verildiyini, əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin mühüm əhəmiyyət daşıdığını qeyd etdi.
Bundestaqın Qafqaz regionu üzrə məruzəçisi kimi bu ilin mayında ilk səfərini Azərbaycana edən Nikolas Löbel burada dövlət və hökumət rəsmiləri ilə çox səmərəli görüşlər keçirdiyini xatırlatdı, ölkəmizə rəğbətini ifadə etdi. Bildirdi ki, Almaniya bu regionda Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır. Bu ilin avqustunda Almaniyanın Federal Kansleri Angela Merkelin Bakıya səfəri də göstərdi ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Almaniya üçün vacib ölkədir.
Qonaq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu günlərdə ölkəmizdə olduğunu, Azərbaycan Parlamentinin 100 illik yubileyinə də dəvət aldığını qürurla qeyd etdi. Bundestaqın Xarici əlaqələr, eləcə də Mədəniyyət və mətbuat komitələrinin üzvü olduğunu bildirdi. Azərbaycanda Almaniya günləri, Almaniyada Azərbaycan günlərinin təşkil olunmasını təklif etdi.
Söhbət zamanı iqtisadiyyat, enerji, mədəniyyət, təhsil sahələrində əməkdaşlığın genişlənməsi vacibliyinə toxunuldu. Qeyd olundu ki, iki ölkə arasında hərtərəfli əlaqələrin möhkəmlənməsində parlamentlərarası dostluq qruplarının fəaliyyəti mühüm rola malikdir.
Görüşdə iştirak edən Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən Asim Mollazadə və Tahir Mirkişili fikirlərini bölüşdülər.
Nikolas Löbel millət vəkilləri ilə görüşdü – FOTO
•
1157
Millət vəkili Tahir Mirkişili bildirib ki, Almaniya-Azərbaycan əlaqələrinin inkişafına dair müzakirələr yaxın gələcəkdə yeni ideyaların həyata keçməsinə imkan yaradacaq.