Növbədənkənar seçkinin arxasındakı Qarabağ sirri - Bakının planı İrəvanı qorxuya saldı

1176

Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar Ermənistanda çaxnaşmaya səbəb olub.

İrəvan rəsmi Bakının Dağlıq Qarabağın azad olunması istiqamətində yeni addımlar atacağından narahatdır.

Aprelin 9-da Ermənistanda hazırkı prezident Serj Sarkisyanın səlahiyyət müddəti başa çatır. Parlament üsul-idarəsinə keçid edən Ermənistanda əsas söz sahibi olacaq baş nazir də həmin ay seçiləcək, həmçinin, ardınca parlament yeni prezidenti də müəyyən edəcək. Azərbaycanda oktyabr ayında keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin vaxtının aprelə dəyişdirilməsinin arxasında məhz Dağlıq Qarabağ faktorunun olması ehtimalı var.
Ermənistan hakimiyyətindəki yüksəkvəzifəli mənbə “Kommersant” nəşrinə bildirib ki, Bakının bu addımı İrəvanda narahatlıqla qarşılanır.

“Bu, tezliklə Dağlıq Qarabağda vəziyyətin eskalasiyasının olacağı ehtimalını gücləndirir”, – deyə erməni məmur vurğulayıb.

Bakıdakı mənbə nəşrə açıqlamasında bunu İrəvanın uydurması adlandırıb və seçkinin bu məsələlərə heç bir aidiyyətini olmadığını deyib.

Lakin bu, İrəvanın qorxusunun azalmasına səbəb olmayıb. Əksinə, erməni siyasi texnoloq nəşrə bildirib ki, hər iki ölkədə seçkinin eyni vaxtda keçirilməsi Dağlıq Qarabağla bağlı hansısa aralıq razılaşmanın ola biləcəyindən xəbər verir.

Mənbə:publika.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər