“Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti sabit keçəcək”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, fevralın 15-16-da ölkə ərazisində hava şəraitinin mülayim, gün ərazində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Şərq küləklərinin üstünlüyü müşahidə olunacaq. Bəzi yerlərdə zəif duman olacağı istisna olunmur”.