Novxanıda bir nəfər dənizdə batdı

1303

Bakıda qadın dənizdə batıb. Lent.az-ın  FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı kəndində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 2000 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. Vəfa Hacıbala qızı Fətullayevanın cəsədi hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər