Nursultan Nazarbayevin qalmaqallı nəvəsi Londonda dünyasını dəyişdi

1474

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin nəvəsi və ölkə senatının eks-spikeri Dariqa Nazarbayevanın oğlu Aysultan Nazarbayev 30 yaşında vəfat edib.

Virtualaz.org bildirir ki, məlumatı zakon.kz portalı yayıb.

Məlumatda deyilir: “Aysultan Nazarbayev bu gecə Londonda dünyasını dəyişib. Ölüm səbəbi araşdırılır. İlkin məlumata görə, onun ürəyi dayanıb. Digər detallar hələ bilinmir”.

Xatırladaq ki, Aysultan Nazarbayev 26 avqust 1990-cı ildə Qazaxıstanın əks-prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva və Rahat Əliyevin ailəsində anadan olub. Astanadakı “Beynəlxalq Davamlı Təhsil Kollecində”, həmçinin Avstriyadakı “Amerika Beynəlxalq Məktəbi”ndə təhsil alıb. 2010-cu ildə Sandxerstdə “Britaniya Kral Hərbi Akademiyası”nı bitirib. Karyerasını 2012-ci ildə Qazaxıstan Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində başlayıb. Amma…

Aysultan 2017-ci ildə Facebook-da atasının ölümündən sonra narkotikdən istifadə etdiyini, lakin bu asılılıqdan xilas olduğunu bildirmişdi.

Ötən il isə Aysultan Nazarbayev Londonda polisi dişləmişdi. Həmin vaxt mətbuatda yayılan xəbərlərə görə, Nazarbayevin nəvəsi başqasının mülkünə qanunsuz daxil olan zaman onu yaxalamaq istəyən polisə müqavimət göstərmişdi. Londonda Sautvork kral məhkəməsi Aysultan Nazarbayevə azadlıqdan şərti məhrumetmə cəzası vermişdi.

Nəhayət, Aysultan Nazarbayev bu ilin fevralında Böyük Britaniyadan siyasi sığınacaq istəmişdi. O, bu barədə məlumatı öz Facebook səhifəsində yaymışdı. N.Nazarbayevin nəvəsi addımını ailəsinin ona təzyiq göstərməsi ilə izah etmişdi…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər