Oğuzda şəlaləyə baxmaq və foto çəkdirmək niyə pulludur? – VİDEO

1186

Oğuz rayonundakı Xalxal şəlaləsinə baxmaq, şəlalənin yaxınlığında şəkil çəkdirmək istəyən turistlərdən ödəniş tələb olunur. Rayonun Xalxal kəndində olan şəlaləyə yaxınlaşmaq üçün olan körpüdən keçmək ödənişlidir.

Oxu.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, şəlaləyə yaxınlaşmaq və şəkil çəkdirmək üçün adambaşına 1 manat 20 qəpik, qayıqla 10 dəqiqəlik gəzinti üçün isə 20 manat ödənilməlidir.

İstirahət mərkəzində olan şəlalə, əslində, təbii şəlalədən seçilməsə də, 2015-ci ildə istirahət mərkəzinin sahibi tərəfindən yaradılıb.

Təxminən üç kilometr məsafədən çay suyu dəmir boru ilə gətirilərək görünən hündürlükdən qayaların üstünə tökülür.

İstirahət mərkəzinin nümayəndəsi ərazinin hər yerində deyil, təkcə şəlaləyə gedən körpüdən suya yaxınlaşmanın ödənişli olduğunu deyir.

O bildirib ki, bu şəlalənin onlar tərəfindən yaradılması Oğuz rayonuna turistlərin daha çox cəlb olunmasına səbəb olub.

Xalxal bələdiyyəsinin sədri Nəriman Ramazanov da şəlalənin 2015-ci ildə obyekt sahibləri tərəfindən süni yaradıldığı təsdiq edib. Bələdiyyə sədri bu məsələyə müdaxilə etmək səlahiyyətinin olmadıgını bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər