Ölkə mediası Sumqayıtdan yazır

2478

Koronavirus pandemiyasına qarşı Azərbaycanın bölgələrində, o cümlədən Sumqayıtda mübarizə tədbirləri davam edir.

Yenisabah.az xəbər verir ki, bu gündən etibarən Sumqayıtda səsgücləndirici cihazlarla əhaliyə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə əməl etməklə bağlı çağırışlar edilir. Belə çağırışa şəhərin müxtəlif hissələrində rast gəlmək mümkündür.

Bundan başqa, Sumqayıt Şəhər İcra Hakimiyyəti koronavirusla bağlı qərar və tövsiyələrin əks olunduğu bildirişlər yayır. Bu bildirişlər əsasən iri ərzaq dükanlarının üzərinə vurulub.

Operativ Qərargahın son qərarından sonra şəhərdə yaşlı adamların sayı azalıb. Bu da qadağaya riayət olunmasından xəbər verir.

İctimai iaşə obyektlərinin saat 15.00-a qədər fəaliyyət göstərməsinə baxmayaraq qələbəlik yoxdur. Dükan və mağazalarda da insan sayı xeyli azalıb.

Polisin gücləndirilmiş iş rejiminə keçdiyi müşahidə olunur.

Küçəyə çıxanlardan 10 nəfərdən 5-i maska taxır.

İri ticarət obyektlərinə girərkən əllərin spirtlə dezinfeksiya edilməsi şərtə çevrilib. Bundan imtina edən demək olar ki, yoxdur. Olanda isə insanların təpkisi ilə üzləşə bilər.

Gələn xəbərlərə görə şəhərdə fəaliyyət göstərən tibb ocaqları gücləndirilmiş iş rejiminə keçib. Xəstəxanalar hazır vəziyyətə gətirilib.

Sakinlər bildirir ki, axşam saatlarında şəhərdə dezinfeksiya işləri aparılır. Dezinfeksiya işləri ilə bağlı miqyasın genişlənəcəyi deyilir.

MƏNBƏ: https://yenisabah.az/sumqayitda-sesguclendirici-cihazlarla-ehaliye-koronavirusla-bagli-cagirislar-edilir

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər