“Ölkə rəhbəri Sumqayıta səfəri ilə hər bir azərbaycanlını sevindirdi”

977
“Cənab Prezidentimizin vaxtaşırı regionlarda yeni müəssisələrin, infrastruktur obyektlərinin açılmasında iştirakı Azərbaycan iqtisadiyyatının hərtərfəli inkişafını göstərir”. Bu sözləri SİA-ya açıqlmasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, sovet dövründən qalma ancaq neft sənayesinə arxalanan iqtisadiyyatımız bu gün çox profilli və regionların hər birinə potensialına arxalanan iqtisadiyyata doğru gedir: “Yeni açılan obyektlər, iş yerləri, insanların sosial vəziyyətinin yaxşılaşdırılması yeni Azərbaycanın simasının qurulmasıdır. Heç də təsadüfi deyil ki, cənab Prezident regionalara səfər edərkən sahibkarlıq subyektləri ilə yanaşı məktəblərin, xəstəxanaların və digər sosial infrastrukturun açılışında iştirak edir. Hər səfərdən sonra həmin regionda ya məktəb tikintisinə, ya da hansısa infrastrukturun yenidən qurulmasına Prezidentin Ehtiyat Fondundan vəsait ayrılır. Bu Azərbaycanın bütün regionlarının inkişafının cənab Prezidentin diqqətdə saxlamasına, neftdən gələn gəlirlərin insan kapitalına çevrilməsinə, Azərbaycanın bütün bölgələrinin bərabər inkişaf etdirilməsinə cənab Prezidentin xüsusi diqqətini göstərir. Həmçinin dövlət başçısı səfər edərkən regionlarda gedən prosesləri yaxından izləyir və müvafiq reaksiya verir. Ölkə rəhbəri Sumqayıta səfəri ilə hər bir azərbaycanlını sevindirdi. Onun apardığı siyasəti Azərbaycan xalqı dəstəkləyir və bu siyasətin Azərbaycanın maraqlarına cavab verdiyi, güclü, qüdrətli Azərbaycanın qurulmasına böyük töhfədir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər