Ölkədə ilk dəfə Sumqayıtda internet vasitəsilə “Elektron davamiyyət” təşkil olunub

671


Vidadi Bağırovun sözlərinə görə, bu sistemin tətbiqi şağirdlərin  dərsə davamiyyətini gücləndirib.  O, bəzi statistik rəqəmlərə də toxunub. Təhsil şöbəsinin müdiri bu il ali məktəblərə sənəd verən 2660 abituriyentdən 1354-ünün, yəni 51 faizinin tələbə adını qazandığını diqqətə çatdırıb.  Abituriyentlərin 92 nəfəri isə qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Tədbirə Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov, Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini Elgin Həbibullayev də qatılıb.  İcra başçısının müavini  isə çıxışında bildirib ki,  təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi pedaqoji kollektivin və şagirdlərin məsuliyyətini daha da artırıb. 2008-ci ildən indiyə kimi 15 məktəb, 34 müəllim müsabiqənin qalibi olub. Ölkə rəhbərliyinin diqqət və qayğısı nətisəsində məktəblərdə hərbi vətənpərvərlik tərbiyəsi ön plana çəkilib, bu istiqamətdə bir sıra məqsədyönlü işlər görülüb, bütün məktəblərdə “Şahin” komandalarının sıra təliminə kütləvi baxış keçirilib. Mənbə: “Xeberle.com”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər