ÖTƏN DÖVR ƏRZİNDƏ AZƏRBAYCANIN QAZANDIĞI UĞURLAR, ƏLDƏ ETDİYİ NAİLİYYƏTLƏR TARİXİ GERÇƏKLİKLƏRDİR

435

2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş Prezident seçkilərində xalq öz səsini Ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Seçicilərin 76 faizdən çoxunun İlham Əliyevə səs verməsi xalqımızın bu siyasi kursa sadiqliyini nümayiş etdirdi, Ümummilli liderə sevgisini və inamını bir daha ortaya qoydu. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu və ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Prezident İlham Əliyev 2003-cü ildə andiçmə mərasimində “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən,mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm”, – deyərək ölkəyə rəhbərliyi dövründə bunu fəaliyyəti ilə sübut etdi.

Elə ilk aylardan etibarən dayanıqlı inkişaf üçün əsaslıaddımlaratılmağa başlanıldı. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmlən­dirilmə­sinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində, təbii ki, Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görülür, nəhəng infrastruktur layihələr həyata keçirilirdi. Nəqliyyat sisteminin yenidən qurulması ilə ölkəmizin dünyaya çıxışı təmin edildi. Avropanın enerji təhlükəsizliyinin təminolunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadoluvə Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə startverdi. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.

Bu baxımdan demək olar ki, 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Rəqəmlərə müraciət etsək görərik ki, bu dövr ərzindəümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə, xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi 6 dəfə artıb, regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub.Əhalinin nominal gəlirləri isə 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb, 1 958 400 yeni iş yeri açılıb.326,6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib, işsizliyin səviyyəsi 9,2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib.245 min nəfər məcburi köçkün mənzillə təmin olunub.Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. 2003-2018-ci illər ərzində  sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər və sahibkarların öz vəsaiti hesabına minlərlə yeni müəssisə yaradılmış, qeyri-neft sektorunun inkişafı təmin edilmiş, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Ölkədə böyük infrastruktur layihələr reallaşdırılmış, ölkə daxilində enerji təminatı əsaslı şəkildə yaxşılaşmışdır. Ümumi generasiya gücü 3900 meqavata bərabər olan 30-dan çox elektrik stansiyası tikilmişdir.

2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır.

Bütün bu sadalananlar və yüzlərcə digər qlobal layihələrin müvəffəqiyyətlə icrası 2018-ci il aprelin 11-də növbədənkənar Prezident seçkilərinin keçirilməsini şərtləndirdi. Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsi, ölkə daxilində islahatları sürətləndirərək çevik idarə­etmənin qurulması, xalqın hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılması zərurəti yaranmış,həmçininmövcud mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasınılabüd edirdi. Təbii ki, bunlar da növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən amillər sırasında idi. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuş, seçki marafonunda 8 namizəd iştirak etmişdir. Bu seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmiş, şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq (86,02 %) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bu da o deməkdir ki, Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür.

Prezident İlham Əliyev 11 aprel 2018-ci il tarixli andiçmə mərasimindəki çıxışında vurğulayırdı ki,“Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.”

2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərindən ötən 5 il ərzində də ölkəmiz böyük inkişaf yolu keçmiş, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənmiş, dövlətimiz güclənərək siyasi və iqtisadi qüdrəti daha da artmış, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşdur.

Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, beynəlxalq təşkilatların Ermənistanı işğalçı dövlət kimi tanıması, ölkə başçısının bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

Ölkə başçısının uzaqgörən siyasətinin ali məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxın bir müddətdə pozulmuş ərazi bütövlüyünün bərpası idi.Buna görə atılanhər bir addım Azərbaycanı Qarabağınazadlığınayaxınlaşdırırdı.Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu,ədalət və beynəlxalq hüquq bərpa olundu xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Nəticə etibarilə deyə bilərik ki, ötən dövr ərzində Azərbaycanın qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər tarixi gerçəkliklərdir.Uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, bu gün Azərbaycan modeli dünyada tanınır və qəbul edilir.

Rafiq Oday, Əməkdar jurnalist

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər