Övlad həsrəti ilə yaşayan 29 yaşlı ailə başçısının DƏHŞƏTLİ SONU

1976

2 gün əvvəl Kürdəmirdə 29 yaşlı oğlanın özünü çaya ataraq intihar etməsi hadisəsinin bəzi təfərrüatları məlum olub. Lent.az xəbər verir ki, rayonun Köhünlü kənd sakini, 1989-cu il təvəllüdlü Zamanov Maqsud Məmmədsadıq oğlunun ailəli olduğu, lakin son vaxtlar psixoloji vəziyyətinin yaxşı olmadığı üzə çıxıb. Belə ki, bir neçə il əvvəl ailə həyatı quran Maqsudun övladının olmaması onun özünə qapanmasına səbəb olub. Bir neçə dəfə müalicə alan gənc oğlan daha yaxşı tibbi müayinədən keçmək üçün maddi imkanın olmaması səbəbindən sarsıntı keçirib. Hadisə baş verənn gün qardaşına telefonda mesaj yazaraq özünü öldürəcəyini deyən 29 yaşlı M.Zamanov ailəsindən halallıq istəyərək özünü Kürə atıb.

Qeyd edək ki, M.Zamanovun meyiti batdığı yerdən 100 metr aralıda tapılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər