Özəl klinikaların hamısında bu şərait yoxdur - HANSI?

1637

“Özəl klnikaların demək olar ki, hamısında yeni doğulan körpələrə ilkin tibbi yardım xidmətləri göstərilir. Ancaq təəssüf ki, özəl klinikaların hamısında ağır vəziyyətdə doğulan körpələrə ilkin tibbi yardımdan sonra tələb olunan yüksək səviyyəli tibbi tədbirlərin göstərilməsi üçün müvafiq şərait yoxdur”.

Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov deyib.

Onun sözlərinə görə, buna görə də özəl tibb müəssisələri yenidoğulmuşlara ilk yardım göstərildikdən sonra körpələri dövlət tibb müəssisələrinə köçürürlər.

 Dövlət xəstəxanalarının neonatologiya sahəsində müasir avadanlıqlar, tibbi ləvazimat və dərman preparatları ilə təmin edildiyini deyən R.Hüseynov onu da qeyd edib ki, hazırda əsas problemlərdən biri müasir dövrün tələblərinə uyğun kadr hazırlığı ilə bağlıdır. Bu isə neonatologiya elminin sürətlə inkişaf etməsi ilə əlaqədardır:

“Nisbətən zəif yerimiz kadrlarla bağlıdır. Hazırda Azərbaycan Tibb Universitetində və diplomdan sonrakı təhsil sistemində neonatoloqlara aid tədris proqramları yenilənir. Nəzərə almaq lazımdır ki, yenidoğulmuşlara qulluğun 70 faizini tibb bacıları edir. Ona görə də tibb bacıları ilə xüsusi işləmək lazımdır. Yenidoğulmuşlar, xüsusilə də vaxtından əvvəl doğulanlar xüsusi qaydada bəslənməlidir. Tibb bacılarına yenidoğulmuşa ilkin reanimasiya yardımı, tibbi avadanlıqla işlənməsi, küvez şəraitində necə qulluq edilməsi, zond vasitəsilə qidalanmanın, başqa prosedur və manipulyasiyaların öyrədilməsi vacib amillərdən biridir. Buna görə də hazırda yenidoğulmuşlarla işləyən tibb bacıları üçün yeni proqram hazırlanır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər