Pizza daşıyırdı, milyonçu oldu — 26 yaşlı gəncin uğur hekayəsi (FOTOLAR)

1451
26 yaşlı Ben Frensis 6 il əvvəl ailəsinin qarajından istifadə edərək idman geyim markasını qurub.

“Ölkə.Az” xəbər verir ki, internet vasitəsilə satışlarını həyata keçirən şirkət bu gün illik 130 milyon dollar gəlir əldə edir.

Frensis İngiltərənin Birmingem şəhərində yaşayır. O, Aston universitetində təhsil aldığı dövrdə dərsdən sonra axşamlar pizza daşıyırdı. Bundan başqa internet dizayn ilə maraqlanır, yeni məhsullar axtarışına çıxırdı. 2 ildən sonra onun yaratdığı brend ildə 320 min dollar qazanc əldə etdi. Frensis həm təhsili, həm də pizza dünyasını buraxdı.

Ben əvvəlcə avtomobil dövlət nömrə nişanları satan internet saytı qurdu. Sonra isə “iPhone” üçün iki fərqli fitnes tətbiqini satışa çıxardı. Frensis əvvəlcə internet  vasitəsilə fitnes fanatlarına qida və vitaminlər satmağa başladı. Sonra isə daha xeyirli iş axtarışına çıxdı.

 “İdmana geyinmək üçün istədiyim növ paltarlar tapa bilmirdim. Mən də özüm bunu hazırlamaq qərarına gəldim”, – deyə Frensis bildirir. O, qardaşı və bir qrup dostunun dəstəyi ilə tikiş maşını və kompüter avadanlığı aldı. Evlərinin qarajında işə başladı. Onun hədəf kütləsi isə əzələli idmançılar əvəzinə arıq insanlar idi.

Şirkət qurulduqdan 6 il sonra 1.2 milyon müştərisi olan ofisin 215 işçisi oldu.

Hikmət Həsənov
Ölkə.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər