Porno filmə baxarkən öldü

1823

6519Bakının Xətai rayonu ərazisində ölüm hadisəsi baş verib.
Dekabrın 17-də saat 15 radələrində Nobel prospekti 155 saylı evdə yaşayan 18 yaşlı Zamin Əmiraslanov dünyasını dəyişib. Meyidi qardaşı və atası aşkar ediblər. Elman Əmiraslanov oğlunun boğularaq öldürülməsi ilə bağlı dərhal Daxili İşlər Nazirilyinin “102” xidmətinə məlumat verib. Hadisə yerinə Xətai rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları gəliblər. ANS PRESS-ə verilən məlumata görə, xarici müayinə zamanı Zamin Əmiraslanovun üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Ailə üzvlərinin verdiyi məlumata görə o, əvvəllər ürək xəstəliyi ilə əlaqədar cərrahi əməliyyat olunub və 2 -ci qrup əlil imiş.

Qeyd edək ki, ölümündən bir neçə dəqiqə qabaq Zaminin pornoqrafik filmlərə baxması müəyyən edilib. Meyit isə aşkar edilən zaman alt paltarında olub. İçərisində bir neçə film olan disklər isə hüquq- mühafizə orqanları əməkdaşları tərəfindən götürülüb.

Hazırda fakt üzrə Xətai rayon Prokurorluğu tərəfindən müvafiq yoxlama aparılır.

Anar MƏMMƏDOV

Mənbə: ANSPRESS

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər