Premyer Liqa: XVI turun açılış oyunu bu gün Sumqayıtda keçiriləcək

480

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək.

“Report”un məlumatına görə, açılış oyunu Sumqayıtda keçiriləcək.

Şəhərin eyniadlı komandası doğma arenasında son çempion “Qarabağ”la üz-üzə gələcək. Bu, həm də turun mərkəzi qarşılaşmasıdır. Çünki hazırda Ağdam təmsilçisi 32 xalla turnir cədvəlinə başçılıq edir, üçüncü pillədəki “kimyaçılar”ın hesabında isə 23 xal var.

Turun digər matçları dekabrın 9-10-da baş tutacaq.

Premyer Liqa
XVI tur
8 dekabr (cümə)

19:30. “Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər