Prezident Fonda sədr müavini təyin etdi - Rəhman Hümmətov kimdir?+Dosye

4590

Azərbaycan Prezidenti İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinatla bağlı sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamda bildirilib ki, Rəhman Dursun oğlu Hümmətov İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilsin.

Sərəncamda həmçinin bildirilib ki, Nazirlər Kabineti Prezidentin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təklifləri iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

Qeyd olunub ki, Nazirlə Kabineti normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat versin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

R. Hümbətov 1998 – ci ildə Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarə Etmə İnstitutunu biznesin təşkili və idarə olunması ixtisası üzrə, 2000-ci ildəisə həmin İnstitutun magistratura bölməsini mühəndis iqtisadiyyatı və idarə etmə ixtisası üzrəfərqlənmə diplomlarıilə bitirib.

2000-2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspirantura bölməsində təhsil alıb.

2005-ci ildə hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. Yeddi elmi məqalənin və bir monoqrafiyanın müəllifidir.

Əmək fəaliyyətinə 1998-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankında Qiymətli kağızlar departamentinin aparıcı iqtisadçısı vəzifəsində başlayıb.

2000-2004-cü illərdə Mərkəzi Bankının Bazar əməliyyatları departamentində aparıcı iqtisadçı, baş iqtisadçı, daha sonra şöbə rəisi və departamentin direktor müavini vəzifələrində çalışıb.

2006-cı ilin yanvar ayından Azərbaycan İpoteka Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

2007-ci ilin aprel ayından Azərbaycan Respublikası Mərkəzi Bankının Beynəlxalq əlaqələr departamentinin direktor müavini, həmin ilin avqust ayından isə departament direktoru vəzifələrində çalışıb.

2008-ci ilin fevral ayında Azərbaycan Respublikasının Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə yenidən Azərbaycan İpoteka Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

R. Hümbətov 2006-cı ildən Azərbaycan Bank Tədris Mərkəzində ipoteka qanunvericliyi və kreditləşməsi üzrə təlim kursları aparır/modern.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər