Prezident İlham Əliyev bir qrup gəncin təltif edilməsi haqqında sərəncamlar imzalayıb

1309

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir qrup gəncin təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən, mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən Hüseynxan Hacızadə, Masər Həsənov, Sara Rəcəbli, Mustafa Mehmandarov, Nigar Mirzəmmədova və Allahverdi Şahverənov 2019-cu il Gənclər üçün Prezident mükafatları ilə təltif olunublar.

Bundan başqa, həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə Sabir Şirinov və Umud Şirinov Azərbaycan Respublikası Prezidentinin digər bir Sərəncamına əsasən “İgidliyə görə” medalı ilə təltif ediliblər.

Dövlətimizin başçısının imzaladığı digər bir Sərəncamla isə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə Azad Cabbarov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Asif Əsgərli, Vüqar Qədirov və İlqar Orucov “Tərəqqi”, Vüqar İsgəndərov, Rüfət Quliyev və Kamal Nəcəfli isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunublar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər