Əziz Əliyev adına Sumqayıt tibb kollecində “Prezident İlham Əliyevin coxşaxəli siyasəti” mövzusunda tədbir keçirilib. Tədbirdə kollecin direktoru t.e.d, əməkdar həkim Rəfayıl Eyvazov, Sumqayıt İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov, kollecin Həmkarlar Komitəsinin sədri Xatirə Nəcəfquliyeva,kollec üzrə YAP ərazi ilk partiya təşkilatının sədri Fərhad Mustafayev və tələbələr mövzu ətrafında çıxış ediblər.
Çıxışçılar vurğulayıb ki, “Prezident İlham Əliyev öz fəaliyyəti ilə həm partiya sədri, həm Prezident, həm də Ali Baş Komandan kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirmişdir. O, ümummilli lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirir. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir”.