Prezident İmişli rayonuna yeni icra başçısı təyin etdi

260

Azərbaycan Prezidenti İlham Əliyev İmişli Rayon İcra Hakimiyyəti ilə bağlı sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xatırladaq ki, İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev bu ayın əvvəlində vəzifəsindən azad edilib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Evindən və iş yerindən milyonlarla məbləğdə nağd pul vəsaitləri aşkarlanıb. Haqqında Səbail rayon məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər