Prezident Naxçıvandakı nümayəndəsinə müavin təyin etdi

397

Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilib.

“sumqayiotxeber.com” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Samir Seyidəhmədli yeni vəzifəyə təyin olunanadək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin I müavini idi.

Qeyd edək ki, S.Seyidəhmədli iş karyerasına DVX-da (əvvəlki Vergilər Nazirliyi) 2005-ci ildən başlayıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflidir.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər