Prezident ona “Xalq artisti” adı və “Şöhrət” ordeni verdi

751

Prezident İlham Əliyev aktyor və rejissor Tofiq Mirzəyevlə bağlı iki Sərəncam imzalayıb.

Birinci Sərəncamla Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib.

Dövlət başçısının digər Sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında səmərəli fəaliyyətinə görə T. Mirzəyev “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, iyunun 16-da T. Mirzəyevin 90 yaşı tamam olacaq.

O, “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “Təhminə”, “O qızı tapın”, “İstintaq” və s. filmlərdə rol alıb.

T. Mirzəyev “Qaya” vokal qrupunun yaradıcılardan biri və solisti olan Teymur Mirzəyevin qardaşıdır. “Qafqazinfo”






www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər