Prezident İlham Əliyev “Azərbaycan” qəzeti əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə “Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib:
Cəfərov Rəşad İslam oğlu
İmanquliyev Bahadır Bəkir oğlu
Mütəllibov Rüstəm Kamal oğlu
Vəliyev Elçin Vaqif oğlu.
Dövlət başçısının digər sərəncamına əsasən Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə “Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşlarına “Əməkdar jurnalist” fəxri adı verilib:
Cavadov Seyran Qubad oğlu
Əzizli Bəxtiyar Məhərrəm oğlu
Hüseynli İxtiyar Kərim oğlu
Quliyev Lazım Məmmədqulu oğlu.