Prezident Qəbələdə Sumqayıtdan danışdı

1655

Oktyabrın 28-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Prezidenti İlham Əliyev açılış zamanı qeyd edib ki, xalça ixracyönümlü məhsuldur. Bu xalçalar xaricə satılmaqla ölkəmizə valyuta gələcək. Biz indi Sumqayıt şəhərində böyük əyirici-boyaq müəssisəsini yaradırıq. Ölkə üzrə yun tədarük mərkəzləri yaradılır. Bizim öz boyalarımız, öz iplərimiz olacaq və idxaldan asılılıq aradan qaldırılacaq.

Qeyd edək ki,ölkə rəhbəri tərəfindən qarşıya qoyulan mühüm vəzifələrdən biri də xalça istehsalı üçün lazım olan xammalın yerli xammal olmasıdır. Ona görə də Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça”nın Yun-əyirici Boyaq Fabriki inşa olunur. Fabrikin xammalla təmin olunması üçün Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında Regional yun və boyaq bitkilərinin tədarükü mərkəzləri yaradılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər