Prezident Sumqayıtın Baş Planı ilə bağlı tapşırıq verdi

4156

“Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan və digər şəhərlərimizin də Baş Planı tərtib edilməlidir”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin etdiyi Anar Quliyevi qəbul edərkən deyib.

“Əhali artır, iqtisadi fəallıq, sənaye artır və artmalıdır. Ona görə növbəti illərdə çox düşünülmüş addımlar atılmalıdır. Biz son illərdə 3200-dən çox məktəb tikmişik. Ancaq hələ də məktəblər var ki, orada uşaqlar üç növbədə oxuyurlar. Nəyə görə? Çünki əhali artır. Müstəqillik dövründə əhali üç milyon artıb. İndi bəzi yerlərdə yeni məktəb tikintisi üçün yer tapa bilmirlər. Ona görə mən tapşırıq vermişəm və aidiyyəti qurumlar bu işlərlə çox ciddi məşğuldurlar, xüsusilə Abşeron rayonunda – orada böyük problemlər var. Üç növbədə oxuyan uşaqlar var. İndi yeni məktəblər üçün yer axtarırıq və bu da çox ciddi bir prosesdir. Yəni, artan əhali bütün infrastruktura artan yük deməkdir – həm nəqliyyata, həm sosial infrastruktura, həm də ictimai zonaların fəaliyyətinə. Ona görə siz işləri Baş Plan əsasında qurarkən mütləq perspektivi də nəzərdə saxlamalısınız, çünki əhalimiz bundan sonra da artacaq. Artımın da əsas səbəbi iqtisadi inkişafdır. İqtisadi inkişaf olmayan yerlərdə nadir hallarda əhali artır. Amma bizim iqtisadi inkişafımız bundan sonra da dayanıqlı olacaq. Ona görə bütün bu işlər bəri başdan hesablanmalıdır”, – dövlət başçısı qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər