Prezident Sumqayıtın polis rəisini “İgidliyə görə” medalı ilə təltif etdi – FOTO

8904
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ölkədə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejiminə nəzarətin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə bir qrup polis əməkdaşı təltif edilib.
Təltif olunanlar arasında Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Nəriman Bəxtiyar oğlu İmanov da var. Belə ki, N. İmanov sərəncamla “İgidliyə görə” medalı ilə təltif olunub.
Qeyd edək ki, 2 iyul Azərbaycanda polis əməkdaşlarının peşə bayramıdır.
Prezident Sumqayıt polisinin rəisini təltif edib - FOTO

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər