Prezident Sumqayıtın şəhid hərbçilərini təltif edib

818

Xəbər verdiyimiz kimi ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları ölümündən sonra təltif ediliblər.

Sumqayitxeber.com xəbər verir ki, təltif olunanlar arasında Sumqayıt şəhidləri də var. Onların siyahısını təqdim edirik:

“Azərbaycan Bayrağı” ordeni ilə
Mehbalı Fərid Kəmaləddin oğlu – kapitan

3-cü dərəcəli “Rəşadət” ordeni ilə
Səmədov Elnur Sədaqət oğlu – leytenant
Hüseynov Elçin Zamin oğlu – əsgər

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Zakirov Elvin Ağasəlim oğlu – baş leytenant
Əliyev Eltun Elnur oğlu – əsgər
Həsənquliyev Səbuhi Əlixan oğlu – əsgər
İsmayılzadə Tacəddin Vüqar oğlu – əsgər
Quliyev Namiq Natiq oğlu – əsgər
Quluyev Azər Zakir oğlu – əsgər
Məmmədov Murad Yusif oğlu – əsgər
Muradov Bəxtiyar Güloğlan oğlu – əsgər
Mustafalı Əlizamin Valeh oğlu – əsgər
Rzayev Tərlan Rövşad oğlu – əsgər
Təhməzov Pərvin İlqar oğlu – əsgər

“Vətən uğrunda” medalı ilə
Mehbalı Fərid Kəmaləddin oğlu – kapitan
Səmədov Elnur Sədaqət oğlu – leytenant
Muradov Bəxtiyar Güloğlan oğlu – əsgər

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər