Prezident sumqayıtlı dövlət qulluqçularını təltif etdi

706

Azərbaycan Prezidenti İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən Sumqayıt şəhər İcra Hakimiyyətinin iki əməkdaşı  təltif edilib.

Əzimov Sevindik Şükür oğlu və Əliyev Elvaris Rüstəm oğlu  “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, Əzimov Sevindik Şükür oğlu Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, Əliyev Elvaris Rüstəm oğlu isə Sumqayıt şəhər İcra hakimiyyətinin Corat qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışır.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər