Prezident Sumqayıtlı tanınmış idmançı Qərib Əliyevə mənzil hədiyyə etdi

2110

Dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

Sonra Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2019-cu ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olundu.

Prezident İlham Əliyev 2019-cu ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib. Mükafatçılar arasında tanınmış sumqayıtlı idmançı  Qərib Əliyev də var.

Qərib Əliyev – Beynəlxalq dərəcəli hakim
1957-ci il 22 yanvar tarixində Sumqayıt şəhərində anadan olub.
1978-ci ildən məşqçilik fəaliyyəti ilə məşğuldur. 1980-ci ildən SSRİ idman ustası və Sumqayıt şəhəri üzrə baş məşqçidır.
1983-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
1994-cü ildən beynəlxalq dərəcəli hakimdir.
1996-cı ildə Əməkdar məşqçi, 2012-ci ildə Fəxri Bədən tərbiyəsi və idman işçisi fəxri adlarına layiq görülüb.
2011-2013-cü illərdə Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri olub.
2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Tərəqqi medalı ilə təltif edilib.
Qərib Əliyev 2018ci ildə Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi,
2018-ci ilin yanvarından bu günə qədər Azərbaycan güləş federasiyasının hakimlər kollegiyasının sədri vəzifəsində çalışır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər