Prezident sumqayıtlı veteran cüdoçuya “Şöhrət” ordeni verdi

752

Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə Azərbaycan cüdosunun inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib.

sumqayitxeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Rəcəbli Əhməddin İzət oğlu “Şöhrət” ordeni ilə mükafatlandırılıb.

Sumqayıt və bütövlükdə Azərbaycanda idmanın inkişafında böyük əməyi olan Əhməddin Rəcəbli 10 avqust 1945-ci ildə anadan olub. Şəhərimizin ictimai-siyasi həyatında böyük xidmətləri olan idmançı Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi adlarına, Prezidentin fərdi təqaüdünə, eləcə də “Tərəqqi” medalı və Yaponiya imperatorunun ordeninə layiq görülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər