Prezident İlham Əliyev Cəlilabad rayonuna yeni icra başçısının təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
sumqayitxeber.com xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, N.Zeynalov buna qədər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb.