Prezident yeni kənd təsərrüfatı naziri təyin etdi

512

Kənd Təsərrüfatı Nazirliyinə yeni rəhbər təyin olunub.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Məcnun Qadir oğlu Məmmədov kənd təsərrüfatı naziri təyin edilib.

Bu vəzifəyə təyin edilənədək M.Məmmədov bir sıra şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Azərbaycan Dövlət İqtisad Universitetinin və Lahor İdarəetmə Elmləri Universitetinin məzunu olan 42 yaşlı M.Məmmədov son illərdə iri kənd təsərrüfatı müəssisələrinə rəhbərlik edib. O, əsasən Abşeronda zeytun və badam bağları salan “Grand-Agro” MMC-nin direktoru, son olaraq isə “Agro Food Investment” MMC-nin direktoru vəzifəsini icra edib.

Bundan başqa Məcnun Məmmədov daha əvvəl “PMD Group”, “Modern Group”, “AER” MMC, “Deloitte & Touche Ltd.” “ABN AMRO Bank Kazakhstan” kimi şirkətlərdə də çalışıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər